DÜNYA
Çində rekord istilər meşə yanğınlarına səbəb olub
Pekin, 19 avqust, AZƏRTAC
Çinin cənub-qərbindəki Çonçin şəhər bələdiyyəsi ərazisində rekord isti hava şəraiti meşə yanğınlarına səbəb olub.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, avqustun 18-də saat 16:00-da Çonçinin Beybey rayonunda havanın temperaturu 45 dərəcə Selsiyə çatıb. Bu, Çonçində qeydə alınmış tarixi rekorddur. Şəhərin digər yaşayış məntəqələrində isə havanın hərarəti 40 dərəcə Selsi olub.
Bu cür isti hava şəraitində Fulinq və Nançuan rayonlarına aid ərazilərdəki meşələrdə yanğınlar qeydə alınıb. Qısa zamanda yanğın söndürülüb, xəsarət alan olmasa da, sakinlər təxliyə edilib.
Şəhərdə anomal isti hava ilə əlaqədar ən yuxarı - “qırmızı” səviyyədə xəbərdarlıq olunub. Bu, Çonçində cari yay mövsümündə isti hava şəraiti ilə əlaqədar 8-ci “qırmızı” xəbərdarlıqdır. Havanın orta temperaturu ötən ilin yayı ilə müqayisədə 2,6 dərəcə Selsi yüksəkdir.
Meteoroloqlar qarşıdakı günlərdə də isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]