DÜNYA


Çində yaşayış binaları çöküb: 2 nəfər ölüb, 17 nəfər itkin düşüb

Pekin, 16 mart, AZƏRTAC

Çinin Şensi vilayətində torpaq sürüşməsi iki yaşayış binasının və bir ictimai hamamın çökməsinə səbəb olub. Nəticədə 2 nəfər ölüb, 17 nəfər dağıntılar altında qalıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə Linfen şəhərinin Caolin qəsəbəsində baş verib.

İndiyədək 11 nəfər və iki cəsəd dağıntılar altından çıxarılıb. Hazırda xilasedicilər, polis işçiləri, mülki müdafiə qüvvələri də daxil olmaqla 600 nəfər axtarış işlərini davam etdirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.