Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Çinin Xefey şəhərində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Pekin, 1 noyabr, AZƏRTAC

Son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlər inkişaf edir. Elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığı iki ölkə arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin (BDU) dəstəyi ilə açılan Azərbaycanşünaslıq Mərkəzi ölkələrimizin humanitar sahədə əməkdaşlığının parlaq nümunəsidir.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılış mərasimində çıxış edən Anxoy Universitetinin rektoru Kuan Quanli deyib ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəvidə inkişaf edir. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasından sonra münasibətlərimizin yeni mərhələsinin başlandığını bildirən rektor son illərdə əməkdaşlığın daha da genişləndiyini bildirib.

Kuan Quanli iki ölkənin humanitar sahədə əlaqələrindən danışaraq, rəhbərlik etdiyi Anxoy Universiteti ilə Bakı Dövlət Universitetinin faydalı əməkdaşlığından söz açıb, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov bildirib ki, Avropa və Asiyanın qovuşuğunda, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda tarixən mövcud olan bərabərlik, dözümlülük və sülh prinsipləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılmasının əlamətdar hadisə olduğunu bildirən Abel Məhərrəmov bunun iki ali təhsil ocağının əməkdaşlığı sayəsində reallaşdığını deyib. Bildirilib ki, xalqımızın zəngin mədəni irsinin, tolerantlıq, multikulturalizm dəyərlərinin təbliğində vacib rol oynayacaq Mərkəz Azərbaycanın tarixinə, siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə dair tədqiqatların aparılmasına dəstək olacaq.

Akademik A.Məhərrəmov bu il 90 yaşı tamam olan Anxoy Universitetini yubiley münasibətilə təbrik edib, Çinin bu nüfuzlu ali təhsil ocağı ilə BDU arasında əməkdaşlığın hər iki tərəf üçün faydasından danışıb. Bildirib ki, 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Çin Xalq Respublikası Təhsil Nazirliyinin Xanban Baş İdarəsi və Anxoy Universiteti ilə birlikdə Bakıda Konfutsi İnstitutunun açılmasına dair imzalanmış müqavilə ilə qarşılıqlı əlaqələr üçün möhkəm təməl qoyulub. BDU-nun hər cür dəstək verdiyi Konfutsi İnstitutunun hazırda Azərbaycanın təhsil müəssisələrində və dövlət qurumlarında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da ümumilikdə 14 filialı fəaliyyət göstərir. İnstitutun əməkdaşları BDU şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris edir və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edirlər. Ötən müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun xətti ilə 150-yə yaxın bakalavr, magistr və doktorant Çinə təhsillərini davam etdirməyə, müxtəlif təlim proqramlarında iştirak etməyə göndərilib.

Akademik Abel Məhərrəmov Anxoy Universitetinin rəhbərliyini gələn il keçiriləcək Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirlərinə dəvət edib.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu bildirən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinin və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin genişlənməsində böyük rolu olub.

Səfir Ə.Zeynallı dövlət başçıları İlham Əliyev və Si Cinpinin münasibətlərimizin inkişafına dair əldə etdikləri razılaşmaların uğurla icra edildiyini diqqətə çatdırıb.

Anxoy Universitetində açılan Azərbaycanşünaslıq Mərkəzinin iki ölkənin humanitar sahədə uğurlu əməkdaşlığının bariz nümunəsi olduğunu bildirən Əkrəm Zeynallı mərkəzin Azərbaycanın Çində daha yaxından tanıdılması işinə böyük töhfələr verəcəyini deyib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil istiqamətlərində də tarixi nəticələr əldə edilməsinə yeni imkanlar yaratdığını deyib. Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında faydalı əməkdaşlıq bu ali təhsil ocaqları tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verilən töhfədir.

Sonra Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında Azərbaycanşünaslıq Mərkəzinə dair müqavilə imzalanıb. Sənədi BDU-nun rektoru akademik Abel Məhərrəmov və Anxoy Universitetinin rektoru Kuan Quanli imzalayıblar.

Mərasim iştirakçıları Mərkəz ilə yaxından tanış oldular. Qeyd edək ki, Bakı Dövlət Universiteti Azərbaycanşünaslıq Mərkəzini lazımi avadanlıq, Azərbaycan dilinin və ədəbiyyatının tədrisinə, mədəniyyətinə, tarixinə dair çoxsaylı materiallarla təmin edib. Mərkəz müxtəlif formalarda birgə elmi tədqiqatların, mədəni mübadilənin təşkili, habelə Çindən Azərbaycana göndərilən tələbə və müəllimlər üçün əlaqələndirməni həyata keçirəcək.

X X X

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun İdarə Heyətinin iştirakı ilə institutun illik iş planı, birgə tədqiqat işləri və elmi işçilərin mübadiləsi istiqamətində müzakirələr aparılıb. 

Bundan başqa, Anxoy Universitetində və Çin Təhsil Nazirliyinin Xanban Baş İdarəsində keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, yeni birgə layihələrin icrasına, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Çinin Xefey şəhərində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək