MƏDƏNİYYƏT


“Çölçü” filminin növbəti uğuru

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan istehsalı olan “Çölçü” filmi “Crown Wood” Beynəlxalq film festivalının “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev deyib.

Bildirib ki, fevralın 16-da keçiriləcək təqdimat mərasiminə videomüraciətlə qatılacaq.

Qeyd edib ki, bu mükafatlara layiq görülməklə film, eyni zamanda, CWIFF illik mükafatına nominant statusunu da qazanıb. Mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

Xatırladaq ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 44 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.