Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Çubuqdan hazırlanan məişət əşyalarının düzəldilməsi ənənəsi yaşadılır

Naxçıvan, 9 dekabr, AZƏRTAC

Qədim vaxtlardan bu günə kimi, təsərrüfatda bir çox işlərə yarayan, bəzi dağ kəndlərində hətta bu gün də istifadə edilən çubuqdan hazırlanan məişət əşyalarının düzəldilməsi ənənəsi muxtar respublikada yaşadılır.

Jurnalist-tədqiqatçı Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində deyib ki, çubuqdan hazırlanan məişət əşyaları sırasında səbətlər xüsusilə geniş yayılıb: Səbətin istehsalına nə zaman başlanıldığı barədə məlumat yoxdur. Səbətlə bağlı bəzi bölgələrdə “qamışdan toxunan əl səbətləri” (bəzi yerlərdə buna “zənbil” də deyirlər) haqqında məlumat olsa da, bizim söhbət açdığımız və çubuqlardan toxunan səbətlər, əsasən, təsərrüfat işləri üçün istifadə edilir. Təsərrüfat səbətləri müxtəlif ağac və ya kolların bir illik “şiv”lərindən, zoğlarından hazırlanır. Payızda toplanan bu budaqlara “civir” də deyirlər. Civir 1-2 metrə qədər uzunluqda olur. Kəsilmiş civirləri bir neçə gün Günəş altında saxlayırlar. Bundan sonra çubuqlar elastik olur, əyildikdə asanlıqla qırılmır.

Həmsöhbətimiz bildirib ki, toxunacaq səbətin ölçüsündən asılı olaraq düzən yerdə çevrə çəkilir. Təxminən 15-20 santimetr ara ilə əvvəldən seçilmiş uzun civirlərin yoğun ucu yonularaq təxminən, 20 santimetr uzunluqda hissəsi yerə sancılır. Sancılan civirlərin yanına bir civir də qoşalaşdırılır. Bunlar “səbətin qabırğaları” adlanır. Digər civirlər dik sancılan civirlərin birinin içəri tərəfindən, digərində isə eşik tərəfindən keçirilərək toxunur. Toxuyub yuxarı qalxdıqca səbətin çevrəsi kiçilərək konus forması alınır. Sonda isə toxunmuş səbət yerdən çıxarılır, alt hissədə olan civirlər od üzərində ütülərək daha elastik edilir. Sonra əyərək səbətin alt hissəsini toxuyurlar. Müxtəlif yaşayış məskənlərində alt hissə fərqli toxunur. Səbətin ağız hissəsində yerə çalınan 20-25 santimetrlik çıxıntılar da ütülür, əyilərək səbətin ağız hissəsini toxuyurlar.

Zaleh Novruzov deyir: Dağ kəndlərində səbətlər əsasən, gərməşov ağacından, aran yerlərdə isə iydə və söyüd civirindən toxunurdu. Səbətlər məişətdə çoxçeşidli işlərdə istifadə edilirdi. Meyvə-tərəvəz, üzüm daşımaq üçün at və ya ulağa iki eyni ölçülü səbət çatı ilə çatılır, içərisinə lazımi məhsullar yığılırdı. Bu iş üçün iri səbətlər toxunurdu. 1960-cı illərə qədər Naxçıvan meyvəsi və üzümü səbətlərlə Qərbi Azərbaycana, Laçına və Kəlbəcərə daşınırdı.

Əvvəllər heyvandarlıqda da səbətdən geniş istifadə edilirdi. Səbətə ipdən qulp salınaraq peyin daşınır, doğranmış ot, saman yığılırdı. Tövlədə yeni doğulan quzu və çəpişləri bir müddət səbətin altında saxlayardılar ki, böyük heyvanlar ayaqlayıb əzməsin. İsti və quraq ərazilərdə, o cümlədən Naxçıvanda bal arıları əsasən, səbətdə becərilərdi. Hələ 5-6 min il əvvəl arıları yerləşdirmək üçün müasir səbət tipli pətəklərdən istifadə edilib. Arxeoloji qazıntılar zamanı səbət pətəklərin e.ə. III-II minilliklərdə düzəldilmiş bəzi nümunələri Şərq ölkələrində tapılıb. Arıların səbət pətəklərdə saxlanılması qaydasının Azərbaycanda çox qədim tarixi var. Naxçıvanda bu gün də bəzi arıçılar səbət pətəklərdən istifadə edir və səbət balı yüksək qiymətləndirilir. Bu səbətləri toxumaq üçün müəyyən ölçüdə sini götürülür, onun dövrəsinə 4-5 ədəd çubuq sancılır. Silindr formasında çubuqlarla hörməyə başlayırlar, lakin getdikcə bir qədər yığılır. Səbətlər 60-80 santimetr uzunluqda olurdu. Səbətin hər iki tərəfinə çubuqdan toxunmuş qapaq salınırdı. Arıları isti-soyuqdan qorumaq üçün səbətlər peyin qarışdırılmış palçıqla suvanırdı. Arıların pətək (şan) bağlaması üçün səbətin içərisində bir-birinə çarpaz iki ağac qoyulurdu.

“Ağac şivlərindən həm də müəyyən məqsədlər üçün “çəpərə” toxunurdu. Ölçü və formaları eyni olsa da, “rəfətə” (bir çox yaşayış yerlərində buna sadəcə, “əppəkyapan” deyilir) üçün toxunan çəpərənin baş hissəsində əl yapışmaq üçün yer qoyulur. Bütöv toxunan çəpərənin üzərində lavaş sulayar, aşsüzən əvəzi işlədərək əriştə süzərdilər. Əriştəni qaynar suda bir qədər saxladıqdan sonra çəpərənin üstünə tökər, üzərinə soyuq su gəzdirərdilər ki, əriştələr bir-birinə yapışmasın. Bundan sonra isə lazımi qaba boşaldar, üzərinə yağ gəzdirib dəmə qoyardılar” - deyən Zaleh Novruzov qeyd edir ki, çəpərədən rəfətə hazırlamaq üçün bezdən çəpərə ölçüsündə torba tikər, onun iç tərəfini yumşaq otla doldurardılar. Çəpərəni toxumaq üçün bir ədəd uzun və yoğun civir götürür, həmin civiri aypara şəklində əyirdilər və başlarını iplə bağlayırdılar ki, civir o vəziyyətdə dura bilsin. Əyri çubuğun uzunluğu 70-80 santimetr, eni 50-60 santimetr olur. İki əlavə çubuq əyrinin uzununa qoyulurdu. Bundan sonra əvvəlcədən qırılıb Günəşə verilən civirlərlə çəpərəni toxumağa başlayardılar. Toxunmuş çəpərəni qurutduqdan sonra istifadə edərdilər. Ümumiyyətlə, civirdən “çətən” də hazırlayardılar. Bu zaman müəyyən məsafədə düzülən şivlər alt-üst olmaqla toxunardı. Bu cür toxunmuş çətənlə tövlədə və yaylaqlardakı müvəqqəti yaşayış yerlərində arakəsmələr düzəldərdilər.

Göründüyü kimi, ata-babalarımız öz ehtiyaclarını ödəmək üçün ən sadə vasitələrdən istifadə edərək məişət əşyaları əldə ediblər. İndiki dövrdə hər cür məişət avadanlıqlarının olması bu əşyaları demək olar ki, sıradan çıxarıb. Amma qədim diyarın xüsusən bəzi dağ kəndlərində hələ də çubuqlardan məişət əşyalarının düzəldilməsi ənənəsi yaşayır və onlardan geniş istifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib