DÜNYA
COVID-19: Fransada virus son sutkada 271 can alıb
Paris, 19 fevral, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 22 501 yeni yoluxma və 271 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, ölkədə koronavirus qurbanlarını ümumi sayı 83 393-ə çatıb. Xəstəxanalarda 25 762 koronavirus xəstəsi olduğu qeyd edilir. Reanimasiya şöbələrində 3 394 ağır vəziyyətdə olan koronavirus xəstəsi intensiv müalicə alır.
Fransada koronavirus əleyhinə peyvəndləmə kampaniyası çərçivəsində 3.5 milyondan çox peyvəndləmə aparılıb ki, bunlardan 1 milyon 40 mindən çoxuna ikinci doza peyvəndləmə edilib.
Ölkədə virusa yoluxanlar üçün karantin rejimi fevralın 22-dən etibarən 7 gündən 10 günədək uzadılacaq.
Mütəxəssislər koronavirusun yeni daha yoluxdurucu ştammlarının sürətlə yayılmasının epidemioloji vəziyyəti ağırlaşdırdığını qeyd edirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]