COVID-19-a yoluxma hallarının artması fonunda neft bazarındakı vəziyyət həssaslaşır
AzerTAg.az
Bakı, 15 sentyabr, AZƏRTAC
Koronavirusa yoluxma hallarının artması fonunda neft bazarındakı vəziyyət həssaslaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, pandemiyanın sürətlənməsi neft tələbatının bərpa olunmasını ləngitdiyindən qlobal neft bazarına dair proqnozlar getdikcə daha da həssaslaşır. Agentlik ilin sonuna qədər yanacaq istehlakı ilə bağlı proqnozunu aşağı salıb və neft ehtiyatlarının düşünülən qədər kəskin azalmayacağını bildirib.
“Cari ilin ikinci yarısında neft tələbatındakı itkilərin bu günə qədər asan qazancların çoxunun əldə edilməsi ilə birlikdə sürətini itirəcəyini düşünürük. Koronavirus hadisələri dünyanın bir çox yerində artdığı üçün qarşıda bizi gözləyən yol son dərəcə təhlükəlidir”, - deyə IEA qeyd edib.

Xəbərin mətnində orfoqrafik səhv var