İQTİSADİYYAT
CULFA-CULFA ELEKTRİK XƏTTİ 2003-CÜ İLİN OKTYABRINDA TİKİLƏCƏKDİR
“Azərenerji” SC-i mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu layihə iqtisadi əməkdaşlığa dair Azərbaycan-İran ikitərəfli komissiyası iclasının yekunları əsasında 2002-ci ilin oktyabrında imzalanmış hökumətlərarası memorandumun tərkib hissəsidir. Naxçıvanda iki ölkənin milli energetika idarələrinin – “Azərenerji” və “Təvanir” rəhbərlərinin görüşü olmuş, yardımçı stansiyanın və Culfa-Culfa elektrik xəttinin tikintisi layihəsinin yaxın vaxtlarda həyata keçirilməsinə dair niyyət protokolu imzalanmışdır.
Yeni yardımçı stansiyanı və uzunluğu 700-800 metr olan elektrik xəttini daxili vəsait hesabına 2003-cü ilin oktyabrınadək tikmək nəzərdə tutulmuşdur.
Layihə gerçəkləşdirildikdən sonra İrandan Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin ümumi gücü 140 meqavat olacaqdır.