İQTİSADİYYAT


“Caspian European Club” çərçivəsində gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təkliflər müzakirə ediləcək

Bakı, 16 oktyabr, AZƏRTAC 

Oktyabrın 25-də “Caspian European Club” çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, biznes-forumda klubun şirkət rəhbərlərinin gömrük nizamlanması və gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təşəbbüs və təklifləri müzakirə ediləcək.

Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlər, həmçinin gömrük sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəklər.

Biznes-forumda yalnız “Caspian European Club” və “Caspian American Club”un saytında aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə biləcəklər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həm də orta və kiçik biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.