CƏMİYYƏT


Cəbhəyanı ərazilərdə 40 ədəd partlamamış hərbi sursat aşkar olunub

Bakı, 17 noyabr, AZƏRTAC

2020-ci il 15-17 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Yevlax, Tərtər rayonları və Gəncə şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 141 (yüz qırx bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzindən – 9 (doqquz) müraciət daxil olub.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş 150 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 40 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 1 ədəd tank əleyhinə minanın partladıcısı və 79 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 40 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 45 687 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 17 noyabr 2020-ci il tarixlərində 1 806 siqnal (əməliyyat çağırışı) əsasında 1 345 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 566 ədəd partlamamış hərbi sursat (PHS), 4 228 ədəd piyada əleyhinə mina, 1 033 ədəd tank əleyhinə mina, 1 736 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 387 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 26 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 334 ədəd partlamış raket hissələri aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.