REGİONLAR
Cəlilabaddan Rusiyaya 29 ton üzüm məhsulu ixrac olunub
Cəlilabad, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin ən böyük üzümçülük rayonlarından biri olan Cəlilabadda məhsul yığımı kampaniyası davam edir.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, rayonda mövcud olan 1401 hektar üzüm bağından indiyədək 6255 ton məhsul yığılıb.
Üzümün bir kiloqramı yerində alıcılara 1, bazarlarda isə 1,5 manata təklif olunur.
Cəlilabadda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. İndiyədək Rusiyaya 29 ton üzüm göndərilib.
Qeyd edək ki, ötən il rayonun 1401 hektar üzüm sahəsindən 10 min 80 ton məhsul yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]