İDMAN
Censon Batton və Fernando Alonso Kanada trası haqqında
Bakı, 6 iyun, AZƏRTAC
Censon Batton və Fernando Alonso – “McLaren”in hər iki yürüşçüsü Monakoda xallar qazanıb və komanda Kanadada uğurlarını möhkəmləndirmək niyyətindədir. Qarşıdakı Monreal mərhələsində “McLaren” komandası əvvəllər on üç qələbə qazanıb. Kanada yürüşü “Formula-1” tacında incidir. Monako mərhələsindəki kimi, burada da yarışlar baxımlı olur. Lakin Kanada trası unikaldır.
Censon Betton deyir: “Kanada trası ən sürətlilərdən biridir və mühərrikin gücünə ciddi yanaşma tələb edir. Amma bundan qorxmamalıyıq, axı bu, maşınımızın ən güclü cəhətlərindən biridir.
2011-ci ildə Kanada trasında ən yaxşı qələbələrimdən birini qazanmağım sirr deyil. Bu, həqiqi yürüşçülər üçün olan trasdır və orada yarışlar hava şəraitindən asılı olmayaraq həmişə maraqlı alınır”.
Fernando Alonso da oxşar fikridədir: “Kanadada maksimum konsentrasiya tələb edən tras var. Monreal trasının xüsusiyyətləri Monakodakı trasdan fərqlidir. Ümid edirəm ki, maşını tez uyğunlaşdıra biləcəyəm”.