Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb

Astara, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır. Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.

Astara Pedaqoji Kollecində və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib.

Ümummilli lider Heydər Əliyev dəfələrlə Astaraya səfər edib, ölkəmizin bu dilbər guşəsi, onun zəhmətsevər insanları haqqında gözəl, səmimi və xoş sözlər söyləyib. Onun söylədiyi “Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir, astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər” sözləri hər bir rayon sakininin qəlbində sonsuz qürur və fərəh hisləri yaradıb.

Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan dövlət qulluqçusu Hamlet Əliyev xalqımızın Ümummilli Lideri ilə bağlı xoş xatirələri yada salaraq deyib: “Artıq 15-ci ildir ki, Heydər Əliyevin anım gününü dərin kədər və hüznlə qeyd edirik. Ulu Öndərin Astaraya hər səfəri yaddaşımda əbədi izlər qoyub. Böyük rəhbərimiz Astaraya gələndə təsərrüfatlara baş çəkər, qayğılarımızla maraqlanar, tövsiyə və tapşırıqlarını verərdi. Biz bu tövsiyə və tapşırıqları canla-başla yerinə yetirərdik. Bu gün Ümummilli Liderimiz cismən aramızda olmasa da, o, hər bir azərbaycanlının qəlbində yaşayır. Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir”.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək, böyük rəhbərin büstü önünə gül dəstələri düzüb, burada nümayiş etdirilən tarixi sənədlər və arxiv materiallarına, Ulu Öndərin ömür yolundan bəhs edən fotolara və sənədli filmlərə baxıb, rəy kitabına ürək sözlərini yazıblar.

X X X

Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib.

Heydər Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri var. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Lənkəranda səfərdə olub, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb. Bu gün hər bir lənkəranlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər. Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları lənkəranlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri həzin musiqi sədaları altında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Ulu Öndərin vəfatının 15 illiyi ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilib.

X X X

Dekabrın 12-də Cəlilabadda Ulu Öndərin xatirəsi böyük məhəbbətlə anılıb.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib.

Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Rayon icra hakimiyyətinin başçısı N.Zeynalov Göytəpə şəhərindəki Heydər Əliyev adına park-bulvarda və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət edib.

Anım günü rayonun yaşayış məntəqələrində Ulu Öndərin xatirəsinə ehsanlar verilib, ruhuna dualar oxunub.

X X X

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar səhər saatlarından başlayaraq Masallı şəhərindəki Heydər Əliyev Parkında minlərlə rayon sakini böyük rəhbərin abidəsini ziyarət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, idarə, müəssisə və təşkilatda çalışanlar, ağsaqqallar, müharibə veteranları, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, sənədli filmə baxıblar.

Anım tədbiri Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar elmi-praktik konfransla davam etdirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin zəngin irsinə söykənən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Böyük rəhbərin müasir, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən demokratik dövlətinə çevrilib.

Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxışlarında qeyd ediblər ki, ölkənin ən ağır vəziyyətində xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, Azərbaycanı inkişaf yoluna çıxardı.

X X X

Dekabrın 12-də Lerik şəhərindəki Heydər Əliyev Meydanında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ictimaiyyət təmsilçiləri Ümummilli Liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Anım mərasimi Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfransla davam etdirilib.

Konfrans iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin ömür yolunu əks etdirən “Dastana sığmayan ömür” adlı sənədli filmə baxıblar.

Sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Ölkəmiz təcrid vəziyyətindən çıxdı, dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi və hüquqi sahədə islahatlara başlanıldı, ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.

Bildirilib ki, Azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən Ulu Öndərin əbədiyyətə qovuşmasından 15 il ötsə də, onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibələrin və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyov “Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər”, Lerik “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva “Ölkəmizdə dövlət qadın siyasətinin banisi”, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov “Qloballaşma şəraitində gənclərin milli ruhda tərbiyəsində Ulu Öndərin rolu” mövzularında çıxış ediblər.

Həmin gün Lerik şəhərində rayon icra hakimiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

X X X

Dekabrın 12-də Yardımlı şəhərindəki Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, İkinci Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində böyük rəhbərin ruhuna dualar oxunub, şəhərdəki mərasim zalında ehsan süfrəsi açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO