DÜNYA
Cənubi Koreyada gəmi qəzasında ölən və itkin düşənlər var
Bakı, 11 yanvar, AZƏRTAC
Cənubi Koreyanın sahil sularında göyərtəsində 14 nəfərin olduğu balıqçı qayığının yük gəmisi ilə toqquşaraq batması nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin cənubundakı Yokci adasından 80 kilometr məsafədə yerli vaxtla gecə 5:00 radələrində baş verib.
Cənubi Koreya Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, kapitan, dənizçi və 12 balıqçının olduğu qayıq Panama qeydiyyatındakı 3 min tonluq yük gəmisi ilə toqquşub. Hadisə yerinə gələn digər gəmilər 9 nəfəri xilas ediblər. Qayığın kapitanı da daxil olmaqla iki nəfərin cəsədi tapılıb. Digəri isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İtkin düşən iki nəfərin axtarışı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]