DÜNYA
Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb
Bakı, 20 mart, AZƏRTAC
Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.
Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.
Yanğınsöndürənlər dörd saata yaxın müddətdə yanğını nəzarət altına ala biliblər. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]