DÜNYA


Cənubi Koreyada ölkə tarixinin ən iri dövlət büdcəsi təsdiqlənib

Pekin, 3 dekabr, AZƏRTAC

Cənubi Koreya parlamenti 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 607,7 trilyon von (516,3 milyard ABŞ dolları) dəyərindəki büdcə Cənubi Koreya tarixinin ən iri dövlət büdcəsi olacaq. Büdcənin təsdiqi hakim Demokrat Partiyası ilə əsas müxalif qüvvə olan “Xalqın gücü” Partiyası arasında uzun çəkən danışıqlardan sonra mümkün olub. Parlament dövlət büdcəsini hökumətin təklif etdiyi rəqəmdən 2,8 milyard dollar çoxaldıb. Ardıcıl 2 ildir ki, parlament hökumətin təqdim etdiyi büdcə məbləğinə əlavə edir.

Qeyd edək ki, Cənubi Koreya Asiyanın 4-cü, dünyanın isə 10-cu böyük iqtisadiyyatı (ÜDM- 1,8 trilyon dollar) hesab olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.