İQTİSADİYYAT
Cənubi Qafqaz qaz Boru Kəmərinin sutkalıq ötürücülük gücü açıqlanıb
Bakı, 13 fevral, AZƏRTAC
2018-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olub.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat və 352 milyon dollar isə əsaslı xərclər sərf edilib.
2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]