CƏMİYYƏT


“Cərrahiyyənin aktual problemləri” mövzusunda regional elmi-praktik konfrans keçirilib

Bakı, 18 mart, AZƏRTAC 

“Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Quba Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil” Proqramı çərçivəsində Quba şəhərində “Cərrahiyyənin aktual problemləri” mövzusunda regional elmi-praktik konfrans keçirilib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin həkimləri ilə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan cərrahlar, qastroenteroloqlar, anestezioloq və reanimatoloqlar, kardioloqlar, endokrinoloqlar və terapevtlər iştirak ediblər.

Konfransda çıxış edən Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev Prezident İlham Əliyevin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini bildirib.

Sonra mütəxəssislərin məruzələri dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.