SİYASƏT


Ceyhun Bayramov: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bəzi prinsiplərin çərçivəsini təqdim etmişik VİDEO

Antalya, 12 mart, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Antalya Diplomatiya Forumunda fəal iştirak edib. Forum ikinci dəfə keçirilməsinə baxmayaraq, beynəlxalq münasibətlər baxımından böyük uğur qazanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yekunları ilə bağlı mediaya açıqlamasında söyləyib.

Azərbaycan nümayəndələrinin Forum çərçivəsində keçirilən panel və dəyirmi masalardakı çıxışlarını, keçirilən ikitərəfli görüşləri yüksək dəyərləndirən nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalı faktına son qoyulduğunu, bundan sonra bölgədə baş verən proseslərin inkişaf məcrasını xatırladaraq deyib: “Ermənistan-Azərbaycan dövlətlararası münasibətlərinin normallaşması üçün bəzi prinsiplərin çərçivəsini təqdim etmişik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.