ELM VƏ TƏHSİL
“Coğrafiya müəllimlərinin elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi” layihəsi başa çatıb
Bakı, 18 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilən “Coğrafiya müəllimlərinin elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi rayon ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimlərinin səviyyələrinin artırılması, elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi, inteqrativliyin təmin olunması və yeni təlim resurslarının coğrafiya fənninin tədrisində tətbiq edilməsidir.
Layihə çərçivəsində iştirakçılara coğrafi informasiya sistemləri haqqında vəsaitlər, elektron xəritələr paylanılıb, coğrafiyanın tədrisində onlardan istifadə qaydaları öyrədilib.