İQTİSADİYYAT


Corc Dik: İsrail “Rebuild Karabakh” sərgisində 6 şirkətlə təmsil olunur

Bakı, 20 oktyabr, AZƏRTAC

İsrail ilə Azərbaycan arasında əlaqələr həqiqətən unikaldır. Həm xalqlar, həm də dövlətlər arasında çox sıx əməkdaşlıq və dostluq var.

Bu barədə AZƏRTAC-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O bildirib ki, bu gün sərgidə İsraili 6 şirkət təmsil edir. Şirkətlər kənd təsərrüfatı, suvarma sistemləri, irriqasiya ilə bağlı, müasir ağıllı şəhərlərlə bağlı bir çox müxtəlif təkliflərlə çıxış edirlər.

“İsrail dövləti və şirkətləri Azərbaycan tərəfindən Qarabağda yenidənqurma işlərinə rəsmi dəvət alıb. Biz istəyirik ki, Qarabağda yaşayan insanlar şirkətlərin köməkliyi ilə texnologiyaların bəhrəsini görə bilsinlər”, - deyə səfir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.