İQTİSADİYYAT
DAİMİ KOMİSSİYANIN İCLASINDA
“Bağ təsərrüfatı haqqında” qanun layihəsi ilə bağlı bildirildi ki, indiki cəmiyyətdə bağçılıqla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Sənəd respublikada bağ təsərrüfatının təşkili, yaradılması və istifadəsinin hüquqi, təşkilati və texniki əsaslarını müəyyən edəcək, bu sahədəki münasibətləri tənzimləyəcək. Sənəddə bağ ərazilərinin təşkili, abadlaşdırılması, istifadəçilərin hüquqi qeydiyyatı, uçotu, bağ təsərrüfatının subyektləri və digər məsələlər əksini tapacaqdır.
“İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihəsi də komissiya üzvləri tərəfindən ətraflı müzakirə olundu.
Deputatlar və mütəxəssislər qanun layihələri barədə rəy və
təkliflərini bildirmişlər.
Hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.