ELM VƏ TƏHSİL


DİM Dövlət qulluğuna qəbul olmaq istəyənlərə müraciət edib

Bakı, 4 avqust, AZƏRTAC

Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, beşdən artıq müsahibədə iştirak ödənişlidir və bunun məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb. DİM 2019-cu ilin mart ayından ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və həmin ilin 1 aprel tarixindən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilməsinə başlanılıb. Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlərin tam ədədə qədər azaldılması qərara alınıb. Yuxarıda qeyd edilənlərə əsasən sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği aşağıdakı kimi təsdiq edilib:

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər (manat)

Müsabiqənin test mərhələsi

Müsabiqənin müsahibə mərhələsi

 

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə

1.1.

AB qrupu üzrə

1 iştirak üçün

118

59

1.2.

AC qrupu üzrə

1 iştirak üçün

106

53

 

B növü - inzibati icraçı vəzifələr üzrə

2.1.

BA qrupu üzrə

1 iştirak üçün

94

47

2.2.

BB qrupu üzrə

1 iştirak üçün

82

41

Eyni zamanda, müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin “Şəxsi kabinet”ində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. O, iştirak etməyəcəyi halda “Şəxsi kabinet”inə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin “Şəxsi kabinet”inə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaq.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. DİM qeyd olunanlara əsasən bildirir ki, namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Dövlət qulluğunda sertifikat əsasında qəbulun həyata keçirildiyi tarixdən bu günədək keçirilməsi planlaşdırılan 46 min 427 müsahibədən 29 min 111 (63 faiz) müsahibənin keçirilməsi namizədlərin müsahibələrdə iştirak etməmələri (o cümlədən iştirakdan imtina etmələri) səbəbindən mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.