CƏMİYYƏT
DİN Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 19 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Məhərrəmovun avtomobilindəki Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha iki sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı baş istintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]