CƏMİYYƏT


DİN: Saatlıda polisin odlu silahdan istifadə etməsi iddiaları əsassızdır

DİN: Saatlıda polisin odlu silahdan istifadə etməsi iddiaları əsassızdır

Bakı, 13 mart, AZƏRTAC

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, bunu medianın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.