CƏMİYYƏT


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiya Mədəniyyət Festivalında

Bakı, 15 may, AZƏRTAC

Yaponiya və Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr olunan Yaponiya Mədəniyyət Festivalında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ruandzi" adlı stendlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, stendin adı Yaponiya mifologiyasına əsaslanır və "15 daşdan ibarət bağ" mənasını ifadə edir. Burada Yaponiya və Azərbaycan mədəniyyətinə aid incəsənət nümunələri sərgilənir. Ekspozisiyada dulusçuluq, təsviri incəsənət, dərzilik, bədii oyma və floristika sahələrinə xas əl işləri nümayiş etdirilir, həmin sənət nümunələrində Yaponiya mifologiyası və Azərbaycan mədəniyyətinə məxsus rəmzlər, milli ornamentlər əksini tapır.

Məlumat üçün bildirək ki, sözügedən əl işlərini mərkəzin benefesiarları hazırlayıb. Festivalın məqsədinə uyğun olaraq əl işlərinin müəllifləri Yaponiya və Azərbaycana xas milli üslubu nəzərə alıblar. Qeyd etmək lazımdır ki, festivalda təhsil, mədəniyyət və digər istiqamətlər daxil olmaqla, 20-yə yaxın qurumun stendi nümayiş etdirilir. Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada tərəfindən "Yaponiya Mədəniyyət Festivalı" tədbirində iştirak edərək Yaponiya və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına töhfə verdiyinə görə sertifikatla mükafatlandırılıb.

Yaponiya səfirliyi ilə əməkdaşlığın davamı olaraq 24-25 iyun tarixində "True colour festival" təşkil olunacaq. Hazırda mərkəzdə həmin festivala hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.