CƏMİYYƏT
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 18-də 1 və 3 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün 3 saylı Bakı DOST mərkəzinə 1258 nəfər vətəndaş müraciət edib. 1 saylı Bakı DOST mərkəzinə müraciət edən vətəndaşların sayı 1029 nəfər olub. 2 saylı Bakı DOST mərkəzinə müraciət edənlərin sayı isə 384 nəfər təşkil edib.
Müraciətlər, əsasən əlillik (9.06 faiz), əmək münasibətləri (0.26 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.80 faiz), məşğulluq (12.32 faiz), sosial müdafiə (63.12 faiz), bank (12.92 faiz) və notarius xidmətləri (0.52 faiz) ilə əlaqədar olub.
Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.