İQTİSADİYYAT
DÖVLƏTİMİZİN BAŞÇISI REGİONLARIN İNKİŞAFINA XÜSUSİ DİQQƏT GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Murtuz Ələsgərov bəzi deputatların regionlarda kütləvi işsizlik, sahibkarlığın inkişaf etməməsi ilə bağlı iradlarına münasibət bildirərkən demişdir.
Parlamentin rəhbəri bildirmişdir ki, Proqramda regionların inkişafı ilə bağlı bütün vəzifələr müəyyən edilmiş və artıq əməli işə başlanmışdır. Ayrı-ayrı rayonlarda görüləcək işlərin konkret üstün istiqamətləri müəyyənləşdirilmişdir. Proqnozlara görə, 2008-ci ildə ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin çəkisi 85 faiz təşkil edəcəkdir. Kənd təsərrüfatının artım sürəti orta hesabla 10-15 faiz səviyyəsində, beş il ərzində kənd təsərrüfatı istehsalının real artımı isə 62,5 faiz olacaqdır.
Növbəti beş ildə ümumilikdə 600 min yeni iş yeri yaradılacaq və orta aylıq əmək haqqı 3,1 dəfə artırılacaqdır. Proqnozların bu cür yüksək olması bir daha sübut edir ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və bir sözlə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət göstərir.