İQTİSADİYYAT
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN BÜDCƏSİ TƏSDİQLƏNMƏK ÜÇÜN MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət əhalinin sosial müdafiəsinin ildən-ilə daha da gücləndirilməsinə imkan yaradır. Bunun nəticəsidir ki, Dövlət Sosial Müdafə Fondunun büdcəsinin 2006-cı il il üçün gəlirləri 567,6 milyon manat - cari illə müqayisədə 64 milyon manatdan çox, - xərcləri 567,6 milyon manat nəzərdə tutulmuşdur. Gəlirin 400,1 milyon manatı məcburi dövlət sığorta haqlarının, 167 milyon manatı dövlət büdcəsindən ayırmalar (transfer), 500 min manatı isə sair gəlirlər hesabına formalaşacaqdır. Xərcləri əhalinin pensiya və müavinətləri təşkil edəcəkdir.
Sonra Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə baxılmışdır. Qeyd edilmişdir ki, Məcəlləyə təklif olunan 70-dən artıq əlavənin çoxu redaktə xarakterlidir.
Digər qanun layihələrinə də baxıldıqdan sonra onların təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.