CƏMİYYƏT


DSX: 13 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.