DSX: Dövlət sərhədini pozmaq istəyən Pakistan vətəndaşları saxlanılıb VİDEO
AzerTAg.az
Bakı, 25 mart, AZƏRTAC
Martın 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var