CƏMİYYƏT


DSX-nin rəis müavini: Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var VİDEO

Bakı, 16 avqust, AZƏRTAC

Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb ki, onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.