SİYASƏT


DSX rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətini yoxlayıb

Bakı, 23 iyun, AZƏRTAC 

İyunun 22-23-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyətini öyrənib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş mövqelərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun təkmilləşdirilməsi, hərbi hissələrin və qarnizonların tikintisi üzrə görülən işlər nəzərdən keçirilib, döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.