SİYASƏT


DUBAYDA “AZƏRBAYCAN CƏMİYYƏTİ” YARADILMIŞDIR

Səudiyyə Ərəbistanı Krallığında “Azərbaycan Cəmiyyəti” fəaliyyətə başlamışdır.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Komitənin təşkilatçılığı ilə bu günlərdə Dubay şəhərində qurumun təsis yığıncağı keçirilmişdir. Toplantıda Dubay, Abu-Dabi və Sarca şəhərlərində yaşayan həmyerlilərimiz iştirak etmişlər. Çıxış edənlər cəmiyyətin yaradılmasının vacibliyini, bu qurumun Krallıqda yaşayan soydaşlarımızın birliyinin yaradılmasında, onların problemlərinin həllində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacağını bildirmişlər.

Tədbirdə iştirak edən Komitə əməkdaşları cəmiyyətin problemlərinin həllində və maddi-texniki baza ilə təmin olunmasında onlara yaxından köməklik göstəriləcəyini bildirmişlər. Sonra tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən kitablar, dərsliklər, Azərbaycan musiqisindən ibarət disklər, bayraqlar və müxtəlif materiallar təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.