DÜNYA
DUBAY DÜNYANIN ƏN İRİ TİCARƏT MƏRKƏZİDİR
AZƏRTAC-ın ərəb informasiya mənbələrindən aldığı xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri dünyanın ən iri ticarət mərkəzidir. Hazırda 190-dan çox ölkə onun ticarət tərəfdaşıdır. Bu ölkələrin sayı 2001-ci ildən başlayaraq 50 faiz artmışdır.
Dubay Planlaşdırma Nazirliyinin məlumatına görə, qonşu İran Dubayın başlıca regional bazarıdır. Buraya hər il 7 milyard dollarlıqdan çox mal ixrac olunur. Bu, əsasən, elektronika, avtomobillər və tütün məmulatıdır. Ötən il Dubaydan Yaponiya, Azərbaycan, Qazaxıstan, Rusiya, Çin və ABŞ-a, Avropaya və bir sıra Afrika ölkələrinə müxtəlif malların ixracı xeyli artmışdır. Çin Dubaya əmtəə ixracında aparıcı rol oynayır və Əmirliklərə ildə 13 milyard dollarlıqdan çox mal göndərir. İkinci yeri Yaponiya və Hindistan (hərəsi 9 milyard dollarlıqdan artıq), üçüncü yeri isə Pakistan (1 milyard dollarlıqdan çox) tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]