İDMAN


Daha bir boksçumuz “Tokio-2020” ilə erkən vidalaşıb

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycanın daha bir boksçusu “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, yarışda 69 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor gürcüstanlı Eskerxan Madiev ilə qarşılaşıb. Üçüncü raundda boksçumuz zədələndiyi üçün hakim görüşü yarımçıq saxlayıb və qələbə rəqib idmançıya verilib.

Daha əvvəl boksçumuz Tayfur Əliyev (57 kq) vyetnamlı rəqibi Duonq van Nquyenə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıb.

Bu gün daha bir güləşçimiz rinqə çıxacaq. Belə ki, Məhəmməd Abdullayev (+91 kq) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.