İDMAN
Daniel Rikkardo: Bizə uğur qazandıran trekə yenidən qayıdırıq
Bakı, 26 aprel, AZƏRTAC
Ötən il Bakıda qələbə qazandım və həmin yarışla bağlı çox gözəl xatirələrim var. Bizə uğur qazandıran trekə yenidən qayıdırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 26-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində təşkil olunan mətbuat konfransında “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo deyib.
Avstraliyalı pilot bildirib: “Bakıya xoş hisslərlə gəlmişik. İki həftə əvvəl Çin Qran-Prisində rəqiblərimi qabaqladım. Yarışı birinci dövrədən sonra başa vurmaq çox çətindir. Üç həftə sonra Çində qalib gəlmək şansım var idi və bundan istifadə etdim. Orada da Bakıda olduğu kimi qalib gəldim”.
Heç vaxt heyətində çempion ola biləcəyini düşünmədiyi komandaya keçmək istəmədiyini diqqətə çatdıran Daniel Rikkardo deyib: “Red Bull Racing” komandasında bu şansım var. Dünya çempionu olacağıma inanıram. Amma bunun üçün mövsüm ərzində bir dəfə yox, daha çox qalib gəlmək lazımdır. İşin maliyyə tərəfi çempionluğun kölgəsində qalır. Hələlik yeni müqavilə ilə bağlı yalnız “Red Bull Racing” ilə danışmışam”.