İQTİSADİYYAT
Daşkənddə “Özbəkistanın neft və qazı” adlı beynəlxalq konfrans keçirilib
Daşkənd, 16 may, AZƏRTAC
Daşkənddə “Özbəkistanın neft və qazı - OGU 2018” Beynəlxalq sərgisi çərçivəsində eyniadlı konfrans da keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransa sərgidə iştirak edən dövlətlərin nümayəndələri qatılıb. Ölkəmizi bu tədbirdə Özbəkistandakı səfirimiz Hüseyn Quliyev, SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov və digər nümayəndələr təmsil edib.
Konfransda Özbəkistanın neft və qaz sahəsindəki dəyişikliklərin strategiyası, geoloji kəşfiyyat işlərinin inkişaf perspektivləri və neft-qaz yataqlarının işlənib hazırlanması, quyuların qazılmasında yeni texnologiyalar, neft-kimya sahəsində dünya tendensiyaları, beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə qabaqcıl innovasiya texnologiyalarının tətbiqi, neft-qaz sektorunun qlobal və regional uzunmüddətli vəzifələri kimi məsələlər müzakirə edilib.
Müzakirələrdə Azərbaycan neftinin bu günü və perspektivləri ətrafında da söhbət aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd