DÜNYA


Daşkənddə ŞƏT-in üzvü olan ölkələrdə nazirlik və idarə rəhbərlərinin bitkilərin karantini üzrə müşavirəsi keçirilib

Daşkənd, 18 may, АZƏRTAC

Daşkənddə Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrdə bitkilərin karantini üzrə qarşılıqlı əməkdaşlıqla bağlı hibrid formatda nazirlik və idarə rəhbərlərinin birinci müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, ŞƏT-in Baş katibi Çjan Min müşavirədəki müraciətində bildirib ki, ŞƏT məkanında əməkdaşlıq nəticəsində bitkilərdə xəstəliklərin və ziyanvericilərin qarşısı alınır, müxtəlif ölkələrdə texniki əngəllərin aradan qaldırılması üçün əlverişli şərait yaradılır. O deyib ki, mən bitkilərin karantini sahəsində ŞƏT-in üzvü olan dövlətlərin nazirlik və idarə rəhbərlərinin Müşavirəsini-yeni mexanizmin yaradılmasını alqışlayıram.

Tədbirdə yeni mexanizmin yaradılması ilə bağlı zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmaması məqsədi ilə bitki karantini sahəsində əməkdaşlığın həyata keçirilməsi, ŞƏT-ə üzv dövlətlər arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Müşavirədə ŞƏT Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının bitkilərin karantini ilə bağlı hazırladıqları Hərəkər planı (Yol xəritəsi) və görüləcək birgə tədbirlər haqqında da müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.