ELM VƏ TƏHSİL


“Data Mining” texnologiyasının tətbiqi metodları işlənilir

Bakı, 15 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Data Mining” texnologiyasının tətbiqi ilə elektron təhsilin idarə edilməsinin səmərəliliyinin artırılması metodları işlənilir.

Bu barədə institutun elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbədə bu ilin yarısında informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib. F.Ağayev elektron təhsildə “Big Data” texnologiyasının tətbiqi əsasında tələbə fəaliyyətinin təhlili və biliklərinin proqnozlaşdırılması, “Data Mining” metodlarının tətbiqi əsasında elektron təhsildə tələbənin fərdi trayektoriyasının müəyyənləşdirilməsi ilə bağlı aparılan tədqiqatlar və əldə olunan nəticələrdən danışıb.

O, şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən də söz açıb, şöbənin elmmetrik göstəricilərini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirib. “Education 4.0” platformasında “Data Mining” və “Big Data” texnologiyalarının tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayıb, bu istiqamətdə beynəlxalq təcrübənin dərindən araşdırılması və əldə olunan nəticələrin tanınmış jurnallarda nəşr edilməsinin vacibliyini önə çəkib.

Hesabatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.