İQTİSADİYYAT


Dəniz limanlarında 5,8 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 5 milyon 871,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 5 milyon 608,4 min tonunu və ya 95,5 faizini tranzit yüklər təşkil edib. Sentyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 159,3 min ton olub.

Səkkiz ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 14,6 min nəfər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.