Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir

Deputat: Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir

Bakı, 20 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də ölkəmizə səfəri bu qurumla Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə hesab edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin iki saat davam edən təkbətək görüşü, aparılan danışıqların Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə etməsi, siyasi əlaqələrdən məmnunluq ifadə olunması, ticarət, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsinin aparılması belə deməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış olduğunu deyən C.Osmanov deyib: “Avropa İttifaqı Şurasının Prezidenti "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini izləyib, İpək yolu və Ələt Azad İqtisadi Zonası ilə bağlı təqdimatda iştirak edib. Şarl Mişelin nitqindən Azərbaycanın inkişaf edən güclü dövlət olduğunu və 44 günlük hərbi əməliyyatlar nəticəsində regionda yeni reallıqlar yaratdığını qəbul etdiyini açıq-aydın hiss etmək mümkün olurdu. Belə ki, Şarl Mişelin nitqində “Dağlıq Qarabağ”, “status” və bu kimi digər ifadələr işlətməməsi Avropa İttifaqının rəsmi mövqeyini ifadə edir. Baxmayaraq ki, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin Avropa İttifaqı da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlara güclü təzyiq göstərdiyini çox yaxşı bilirik. Əslində, Avropa İttifaqı Ermənistana yuxarıdan aşağı baxır, bu ölkə ilə münasibətlər erməni lobbisinin təzyiq və təsirləri müqabilində qurulur”.

Deputatın sözlərinə görə, Avropa İttifaqının Azərbaycanla münasibətləri tamamilə başqa istiqamətdə, qarşılıqlı tərəfdaşlıq müstəvisində qurulur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlardan biridir və quruma daxil olan 9 üzv ölkə ilə yüksək səviyyədə əlaqələr mövcuddur ki, bu da Avropa İttifaqına üzv dövlətlərin üçdəbirini təşkil edir. Bundan əlavə, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edir və buna görə də Azərbaycan Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycan Avropa İttifaqı ilə əsas strateji tərəfdaş ölkədir və Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında da bir çox mühüm məqamlara aydınlıq gətirildi. Prezident İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdıraraq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının çatmasının Prezident İlham Əliyev tərəfindən qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan hər zaman sülhə hazırdır. Azərbaycanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərin əyani sübutudur”, - deyə C.Osmanov bildirib.

Deputat vurğulayıb ki, kommunikasiyaların açılması bütövlükdə regionun inkişafına müsbət təsir edəcək, Ermənistanın da xilası bundan asılıdır. Çünki Ermənistanın uzun illər işğalçılıq mövqeyi tutması bu ölkəni regionda reallaşdırılan layihələrdən təcrid edib və dalana çevirib. Lakin Ermənistan hələ də işğalçılıq ritorikasından əl çəkmək istəmir, baxmayaraq ki, bu ölkənin heç bir halda proseslərə mane olmaq potensialı qalmayıb. Ermənistanın yeganə çıxış yolu işğalçılıq mövqeyindən çəkilmək, Azərbaycanla sülh sazişi imzalamaqdır. Avropa İttifaqı imkanlarından istifadə etməklə Ermənistanı sülh danışıqlarına sövq, hətta məcbur etməlidir ki, bu ölkə regionda təhlükəsizliyə təhdid rolunda çıxış edə bilməsin. Regionda təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da maraqlarına uyğundur. O istəyir ki, Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycan məcbur qalaraq münaqişəyə cəlb edilməsin, gələcək münasibətlərin inkişafı üçün maneələr yaranmasın. “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşir və Zəngəzur dəhlizinin açılması beynəlxalq daşımalar sahəsində xüsusi rola oynaya, eyni zamanda, regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir göstərər bilər. Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də sərfəli olmasına baxmayaraq, bu ölkədə hər cəhdlə layihəni yubatmağa çalışırlar. Baxmayaraq ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhdləri uğursuzdur və heç bir nəticə verməyəcək. Ermənistan 30 ilə yaxın bir dönəmdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb, həmin dövrdə torpaqlarımızda hər cür vandallıqlar törədib. Hətta Ermənistan Azərbaycanın meşə massivlərini qəsdən məhv edib, göl və çaylarını bilərəkdən çirkləndirib, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olub, həmçinin bu işlərə xarici şirkətləri də cəlb etməyə çalışıb”, - deyə deputat əlavə edib.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etdirdiyini təəssüflə vurğulayan deputat qeyd edib ki, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatlar bu və digər məsələlərə görə Ermənistana mütləq təsir göstərməli, bu ölkəni işğalçılıq, terrorçuluq mövqeyindən çəkilməyə məcbur etməlidirlər. Ermənistanın bu mövqeyi təkcə Azərbaycan üçün deyil, region, eyni zamanda, bütün dünya üçün təhlükədir. Hər halda, Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı hiss etdiyi “dəmir yumruğ”un təsirini və gücünü unutmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar