SİYASƏT
Deputat: Mülki insanların ölümünə səbəb olan cinayətkarlar cəzalandırılmalıdır
Bakı, 7 iyun, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun illərlə həll edə bilmədiyi münaqişəyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücü ilə son qoydu. 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz Ermənistanın illərlə möhkəmləndirdiyi mü¬dafiə sistemini dağıtdı, işğalçı ordusunu darma¬da¬ğın etdi. Prezident İlham Əliyevin dediyi kimi, İkinci Qa¬ra¬bağ müharibəsi bizim şanlı tariximizdir və biz bununla həmişə qürur duyacağıq. Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı müharibədə qalib xalq, dövlət olaraq özünü bir daha təsdiq etdi. Ermənistan isə bizim qarşımızda tab gətirməyərək diz çökdü, aman dilədi. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atan bu ölkə öz məğlubiyyətini etiraf etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat qeyd edib ki, dünya ictimaiyyəti 44 günlük Vətən müharibəsində gördü ki, heç bir işğalçı qüvvə vətənpərvər Azərbaycan xalqının və Ordusunun əzmini sındıra bilməz. Biz haqq işi uğrunda mübarizə aparırdıq. Əsgərlərimiz döyüşə atılanda yalnız torpaqlarımızı yağıdan azad etmək haqqında düşünürdülər. İkinci Qarabağ müharibəsində dünya ictimaiyyəti onu da gördü ki, “zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır”.
S.Xasayeva vurğulayıb ki, Ermənistan məğlub olsa da, onun məkrli planlarının izləri hələ də qalmaqdadır, bir sözlə erməni vəhşiliyi və vandalizmindən hələ də əziyyət çəkirik. “Ermənilərin xaincəsinə basdırdıqları minaların partlaması nəticəsində müharibədən sonra 20-dən çox mülki azərbaycanlı həyatını itirib. İyunun 4-də Kəl¬¬bəcərin Susuzluq kəndində xidməti vəzifəsini yerinə yetirərkən iki media nümayəndəsi - Azərbaycan Dövlət İnformasiya Agentli¬yi¬nin əməkdaşı (AZƏRTAC) Məhərrəm İb-rahimov və AzTV-nin operatoru Sirac Abışov mina partlaması nəticəsində şəhid oldu. Dünya ictimaiyyəti məğ¬lub Ermənistanın bəşə¬riy¬yətə, insanlığa qarşı düşmən siyasətini qınamaqda niyə tərəddüd edir? Beynəlxalq ictimaiyyət, təşkilatlar, media qurumları erməni vəhşiliyinə münasibət bildirməli və mülki insanların ölümünə səbəb olan cinayətkarlar cəzalandırılmalıdır”, - deyə S.Xasayeva vurğulayıb.