SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və xaricdə fəaliyyət göstərən bır sıra diaspor təşkilatlarının nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar dekabrın 30-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qərar qəbul edib. Artıq 23 ildir ki, 31 dekabr bütün dünya azərbaycanlıları tərəfindən birlik və həmrəylik bayramı kimi qeyd olunur.