Dmirtri Peskov: Rusiya Türkiyə Prezidentinin sülhməramlı və vasitəçilik fəaliyyətini yüksək qiymətləndirir
AzerTAg.az

Moskva, 17 mart, AZƏRTAC
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı və vasitəçilik fəaliyyətini yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin nümayəndəsi jurnalistlərin Türkiyə Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə dair Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təklifini şərh etmək barədə xahişinin cavabında deyib: “Şübhəsiz, biz cənab Ərdoğanın səylərini, onun sülhməramlı fəaliyyətini, vasitəçilik xidmətləri göstərmək cəhdlərini və Rusiya-Türkiyə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsinə münasibətini yüksək qiymətləndiririk”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var