ELM VƏ TƏHSİL
Doktorant və dissertantlar elmi-tədqiqat işləri barədə hesabat veriblər
Bakı, 19 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda elmlər doktoru hazırlığı üzrə 2 doktorant və 10 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 12 doktorant və 14 dissertant elmi-tədqiqat işləri aparır. İnstitutun direktoru, akademik İradə Hüseynovanın 2019-cu il 8 fevral tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyasının qarşısında doktorant və dissertantlar ötən il ərzində yerınə yetirdikləri elmi-tədqiqat işləri barədə hesabat veriblər. Onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübələrdə iştirakı müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirməsi tövsiyə olunub.