ELM VƏ TƏHSİL


Doktoranturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün 709 nəfər ərizəsini təsdiqlədib

Bakı, 20 oktyabr, AZƏRTAC 

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 9-da elan olunmuş qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 30-dək aparılacaq. Bu müddət ərzində sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Bu gün saat 11:15-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 709 nəfər (Azərbaycan bölməsi - 636, rus bölməsi –73) ərizəsini təsdiqlədib. İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra onu pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların “Şəxsi kabinet”inin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Xatırladaq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib. Yaxın günlərdə imtahanın tarixi haqqında məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.