MƏDƏNİYYƏT


“Don't Worry Darling” filmi 2022-ci ildə yayımlanacaq

Bakı, 15 sentyabr, AZƏRTAC

Ötən əsrin 50-ci illərində baş verən bir hadisədən bəhs edən və maraqla gözlənilən "Don't Worry Darling" (“Narahat olma sevgilim”) filmi 2022-ci il sentyabrın 23-də nümayiş ediləcək.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, tamaşaçılar və tənqidçilər tərəfindən bəyənilən “Booksmart” filmi ilə rejissorluq karyerasına başlayan Olivia Vilde, ikinci uzunmetrajlı filmi üçün tanınmış simaları bir araya gətirib.

Amerikalı aktrisa, rejissor və prodüser Olivia Vilde tərəfindən çəkilən filmdə baş rolları məşhur ingilis aktrisa Florence Pugh və dünyaca tanınmış aktyor, model, musiqiçi Harry Styles canlandıracaq.

Personajlar arasındakı qarışıq əlaqənin dinamikasını ortaya qoyan filmin süjet xətti 1950-ci illərdə Kaliforniya çölündə bir utopik cəmiyyətdə yaşayan ailədən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.