DÜNYA


Donald Tramp “TikTok” məsələsi ilə bağlı qərarını dəyişməyib

Bakı, 11 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çinin “TikTok” əlavəsinin satılması, yaxud bağlanması haqqında məsələ sentyabrın 15-dən gec olmayaraq həll edilməlidir.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu jurnalistlərə deyib. “Müddət əsla uzadılmayacaq, ən son müddət sentyabrın 15-dir”, - deyə Ağ evin başçısı bildirib. Onun sözlərinə görə, “TikTok”la bağlı məsələ irəliləyir: “Baxaq görək bundan nə çıxacaq... Belə ki, biz təhlükəsizlik nöqteyi-nəzərindən öz ölkəmizdə onu ya bağlayacağıq, ya da o satılacaq”.

Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti əməliyyat servisinin Amerika şirkətinə satılmayacağı təqdirdə “TikTok”un Birləşmiş Ştatlarda bloklanmasını nəzərdə tutan fərman imzalayıb. Çinin proqram əlavəsini almağa əsas namizədlər Microsoft Corp. və Walmart Inc. kompaniyalarıdır. Digər potensial alıcılar sırasında Oracle Corp. və Twitter Inc. kompaniyalarının adları çəkilir.

Donald Trampın fikrincə, “TikTok” vasitəsilə dezinformasiya yayıla, həmçinin istifadəçilər barədə məlumatlar Çin hakimiyyətinə ötürülə bilər. Sosial şəbəkənin nümayəndələri isə bu fikirlə qətiyyən razılaşmırlar: “Biz tamamilə aydın şəkildə bəyan etdik ki, istifadəçilərimiz barədə məlumatları heç vaxt Çin hökumətinə ötürməmişik. Hətta ABŞ-dakı biznesimizi bütünlüklə Amerika kompaniyasına satmağa da hazırıq”.

Bundan başqa, “TikTok” Birləşmiş Ştatları hüquqi prosedurları pozmaqda və fərdi biznesə müdaxilə etməkdə günahlandırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.