DÜNYA


Donald Tusk: Tereza Meyin iqtisadi təklifi işləməyəcək

London, 21 sentyabr, AZƏRTAC

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin İttifaqa təqdim etdiyi yeni iqtisadi təklifin işləməyəcəyini söyləyib.

AZƏRTAC yerli KİV-lərə istinadla bildirir ki, Tusk bu təklifin Avropa İttifaqının vahid bazarını pozacağını deyib. Onun sözlərinə görə, Avstriyanın Zalsburq şəhərində keçirilmiş Avropa İttifaqının sammitində 27 üzv dövlətin rəhbəri “Brexit”i müzakirə edib. O, xanım Meyin təkliflərini Şimali İrlandiyadakı ağır sərhəd problemi üçün "yeganə etibarlı" yol adlandırıb.

Mətbuat konfransında Tusk Böyük Britaniyanın AB ilə gələcək əlaqələr planında müsbət elementlər olduğunu qeyd edib.

Sonda İttifaqın sədri noyabr ayında əlavə bir zirvə toplantısının keçiriləcəyi barədə məlumat verib.

Böyük Britaniya hökuməti “Brexit”dən sonra təhlükəsizlik və xarici siyasət sahələrində sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.